Kobaxidze: “Zurabişvili müxalifətin kuklasıdır”

Dünya

12.08.2024 16:39

“Gürcüstanın Prezidenti Salome Zurabişvili müxalifətin kuklasıdır”.

TodayPress xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. 

“Salome Zurabişvili özü etiraf etdi ki, o, konstitusiyanı pozur. O, Milli Hərəkat Partiyası  impiçmenti dəstəkləmədiyinə görə öz mövqeyini qoruyub saxlayıb. Nəticə etibarı ilə o, artıq Gürcüstanın yox, Milli Hərəkat Partiyasının prezidentidir. Buna görə də, onun sözlərinin və bəyanatlarının heç bir əsası yoxdur” deyə baş nazir əlavə edib.

Kobaxidze bildirib ki, Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri normallaşdırmaq və bərpa etmək üçün addımlar atıb. O, vurğulayıb ki, Tbilisi bu istiqamətdə Vaşinqtondan qarşılıqlı addımlar gözləyir.

Töhfə Səməd

tag: Gürcüstan, ABŞ, Vaşinqton, Tbilisi,İrakli Kobaxidze, todaypress.az,