Kobaxidze: "Zurabişvili cinayət məsuliyyətinə cəlb oluna bilər"
Dünya
22.12.2024 16:33
"Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə heç bir hüquqi əsası olmayan yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, cinayət məsuliyyətinə cəlb ediləcək".
TodayPress "Sputnik Gürcüstana" istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
“Düşünürəm ki, Salome Zurabişvilinin həm Cinayət Məcəlləsini pozmamaq, həm də uzunmüddətli həbs cəzasını nəzərdə tutan bu cür normaları heç kimə pozmağa imkan verməmək üçün kifayət qədər ağıllı davranacaq” Kobaxidze bildirib.
Baş nazir əlavə etdi ki, Cinayət Məcəlləsində belə bir hərəkətə görə uzunmüddətli həbs cəzası nəzərdə tutan müvafiq maddələr var.
Hökumət başçısı onu da vurğulayıb ki, heç kim 72 yaşlı qadını həbsxanaya göndərmək istəmir, amma buna baxmayaraq, o, bu addımı atarsa, həm özünü, həm də dövlət başçısının iqamətgahında yanında olacaq bütün insanları məhv edəcək.
Baş nazir əlavə edib ki, Gürcüstan prezidenti onun həyatını dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda davam etdirmək istəməsinə qərar verməli olacaq.
Günəş Mərd
tag: Gürcüstan,Baş nazir,Salome Zurabişvili , İrakli Kobaxidze ,Todaypress.az,