Kobaxidze Zelenskinin qərarına reaksiya verdi
Dünya
05.12.2024 15:37
"Tbilisiyə Kiyevdən sanksiyalarla bağlı rəsmi məlumat daxil olmayıb".
TodayPress xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukrayna prezidenti Volodimir Zelenskinin gürcü rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib.
“Biz hələ rəsmi bildiriş almamışıq” deyə o, bildirib.
Baş nazir əlavə edib ki, Kiyevin Gürcüstana qarşı sanksiyalar tətbiq etmək qərarı Ukraynanın düşdüyü çətin vəziyyətdən xəbər verir.
Qeyd edək ki, Zelenski dekabrın 5-də Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına Gürcüstanın baş naziri İrakli Kobaxidze və Tbilisi meri, hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze də daxildir.
Töhfə Səməd
tag: Zelenski ,Kiyev ,Gürcüstan, Hakimiyyət ,todaypress.az,