Kobaxidze yenidən Baş nazir postuna namizəd irəli sürüləcək
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası İrakli Kobaxidzeni yenidən ölkənin Baş naziri, Şalva Papuaşvilini isə parlamentin spikeri təyin etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Gürcü arzusu” fraksiyası parlamentin spikeri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyini irəli sürəcək. Partiyanın fəxri sədri Bidzina İvanişvili isə Baş nazir postuna hazırkı hökumət başçısı Kobaxidzenin namizədliyini irəli sürüb” məlumatda yazılıb.
Qeyd edək ki, bundan öncə “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze bildirib ki, Gürcüstanda parlament seçkiləri rəqabət şəraitində keçib və nəticələrinin saxtalaşdırılmış kimi tanınması üçün heç bir əsas yoxdur.
Günəş Mərd
tag: Kobaxidze, Gürcü Arzusu, Parlament, Seçki, todaypress.az,