Kobaxidze: “Ukraynanın ssenarisi Gürcüstanda təkrarlanmayacaq”

Dünya

30.11.2024 14:48

“Ukraynanın “Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var”. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Radikallar və onların xarici himayədarları həmişə ölkədə iğtişaşlar törətmək və Gürcüstanı ukraynalaşdırmaq üçün bir səbəb tapmağa çalışırlar, onlar hələ dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü institutlara malik müstəqil dövlətdir. Ən əsası, möhkəmliyini heç kim sarsıtmayan təcrübəli və müdrik xalqla Gürcüstanda “Maydan” ssenarisi reallaşa bilməyəcək və dövlət buna imkan verməyəcək” Kobaxidze brifinqdə deyib.

Gürcüstanın baş naziri vurğulayıb ki, noyabrın 29-da Tbilisidə hökumət əleyhinə keçirilən mitinqdə iğtişaşlar zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin konstitusiya sisteminə hücumun qarşısını alıblar. 

Günəş Mərd

tag: Kobaxidze, Gürcüstan, Mintinq, İğtişaşlar, Baş Nazir, todaypress.az,