Kobaxidze seçkilərdən sonra yaranacaq iğtişaşlardan danışdı
Dünya
04.09.2024 12:38
Gürcüstan Baş naziri İrakli Kobaxidze oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müxalifətin ölkədə kütləvi iğtişaşlar təşkil etməyə çalışacağını bildirib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
O, hesab edir ki, müxalifətin qalib gəlmək şansı yoxdur. Buna görə də seçkilərdən sonra vəziyyəti eskalasiya etməyə çalışacaqlar.
“Onlar dövlət institutlarına hücum etməyə, çevriliş etməyə cəhd edəcəklər. Müxalifət hakimiyyət dəyişikliyinə cəhd edəcək. Radikallara və onların himayədarlarına xatırlatmaq istərdim ki, bu gün Gürcüstanın dövləti və hüquq-mühafizə orqanları ən yaxşı vəziyyətdədir. Nəticə etibarı ilə heç bir təxribat uğurlu olmayacaq və istənilən cinayət ciddi şəkildə cəzalandırılacaq” deyə baş nazir əlavə edib.
Töhfə Səməd
tag: Gürcüstan, Baş Nazir,Müxalifət ,Radikal ,Hakimiyyət,Kobaxidze, todaypress.az,