Kobaxidze Saakaşvilinin partiyasının ləğvi barədə danışdı
Dünya
23.08.2024 12:21
“Gürcüstan hakimiyyəti keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasını və digər müxalifət birliklərini qadağan etməyi planlaşdırır”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Bu, bir kollektiv cinayətkar siyasi qüvvədir və onu pisləmək lazımdır" deyə Kobaxidze vurğulayıb.
Qeyd edək ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” avqustun 20-də “Vahid Milli Hərəkat” partiyasını konstitusiyaya zidd partiya kimi tanımaq planlarını açıqlayıb.
Günəş Mərd
tag: Kobaxidze, Gürcüstan, Demokratik Gürcüstan,Gürcü Arzusu,Mixeil Saakaşvili, todaypress.az,