Kobaxidze: “Rusiyaya qarşı sanksiyalar iqtisadi iflasa səbəb ola bilərdi”
Dünya
11.10.2024 18:20
“Əgər Gürcüstan Qərb dövlətlərinin və yerli müxalifətin tələbi ilə Rusiyaya qarşı birbaşa sanksiyalar tətbiq etsəydi, bu, respublika iqtisadiyyatının çökməsinə və sonradan hakimiyyətin istefasına səbəb olardı”.
TodayPress xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, xatırladıb ki, Gürcüstanın Rusiyanın xarici ticarətindəki payı cəmi 0,3% təşkil edir. “Bizim birbaşa sanksiyalarımızın Rusiyaya heç bir təsiri olmazdı. Amma Rusiyadan gələn qaçılmaz cavab sanksiyaları Gürcüstan iqtisadiyyatının ilk növbədə 10%, ən pis halda isə 18% azalmasına səbəb olardı” Kobaxidze vurğulayıb.
Günəş Mərd
tag: İrakli Kobaxidze,Gürcüstan,Rusiya,Sanksiya,Todaypress.az,