Kobaxidze prokurorluğa müraciət edə bilər

Dünya

08.08.2024 11:42

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2008-ci ildə Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibəni araşdırmaq üçün respublikanın hakimiyyət orqanlarının prokurorluğa, Konstitusiya Məhkəməsinə müraciət edəcəyini və ya parlament komissiyası yaradacağını istisna etməyib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“2008-ci ildəki müharibə şəraitinin araşdırılması fərqli ola bilər. Cəmiyyət bütün bunları öyrənəcək, amma əsas odur ki, 2008-ci ildə Saakaşvili rejiminin, Milli Hərəkatın törətdiyi cinayət sona qədər araşdırılacaq” Kobaxidze deyib.

Günəş Mərd

tag: Kobaxidze, Gürcüstan, Baş Nazir, Cənubi Osetiya, Saakaşvili,todaypress.az,