Kobaxidze: “O qanun inqilab cəhdlərinə görə qəbul edilib”
Dünya
11.09.2024 12:58
Gürcüstan hakimiyyəti ölkədə iki inqilab təşkil etmək cəhdinə görə “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edib.
TodayPress “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze danışıb.
"Biz iki inqilab cəhdi fonunda bu qanunu qəbul etdik. Məqsəd Gürcüstanda bir daha bu cür halların yaşanmamasıdır " deyə o, qeyd edib.
Günəş Mərd
tag: Gürcüstan, Hakimiyyət ,İnqilab, Kobaxidze ,Baş Nazir, todaypress.az,