Kobaxidze: “Müxalifətin seçkiləri tanımaması ümidsiz cəhddir”

Dünya

27.10.2024 11:46

1191

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin parlament seçkilərinin nəticələrini tanımamasını özünə bəraət qazandırmaq üçün ümidsiz cəhd adlandırıb.   

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

"Konstitusiya quruluşuna qarşı hər hansı cəhd qəbuledilməzdir, bu, siyasətçilərin hansısa yolla özlərinə bəraət qazandırmaq cəhdidir” deyə o qeyd edib.   

Kobaxidzenin sözlərinə görə, müxalifətin etirazları yeni parlamentin işinə mane olmayacaq. 

Xatırladaq ki, bundan öncə üç əsas müxalifət partiyası bundan əvvəl ölkədə keçirilən parlament seçkilərinin nəticələrini tanımayacaqlarını bəyan etmişdilər. 

Günəş Mərd 

tag: Gürcüstan, Parlament, Partiya, Seçkilər, Reytinq,Todaypress.az,