Kobaxidze müxalifət partiyalarını və QHT nümayəndələri ittiham etdi
Dünya
03.12.2024 16:37
“Tbilisidə keçirilən etiraz aksiyalarının arxasında Gürcüstanın müxalifət partiyalarının, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri dayanır”.
TodayPress xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
“Təbii ki, bu zorakılığı təşkil edən, lakin öz kabinetlərində gizlənən siyasətçilər bu günlərdə baş verən hadisələrə görə məsuliyyətdən qaça bilməyəcəklər” deyə o, qeyd edib.
Gürcüstan hökumətinin başçısının sözlərinə görə, hakimiyyət çox yaxşı bilir ki, nümayişçiləri gözyaşardıcı qazdan xüsusi qoruyucu eynəklərlə təmin edən, onlara pirotexniki vasitələr və digər ləvazimatlar alan məhz QHT-lərdir.
Xatırladaq ki, ötən gecə Gürcüstan parlamenti yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib. Mitinq polislə toqquşmaya çevrilib və nəticədə nümayişçilərin qanunvericilik binasına bitişik ərazidən çıxarılması qərara alınıb.
Töhfə Səməd
tag: Kobaxidze, Gürcüstan, Tbilisi, Mitinq, todaypress.az,