Kobaxidze: "Gürcüstan mübahisəli qanuna yenidən baxmağa hazırdır"
Gürcüstan hökuməti lazım gələrsə, istənilən qanuna yenidən baxmağa hazırdır.
TodayPress "TASS"a istinsadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Sky TG24” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, qanunlar hüquqi prinsiplərə uyğun gəlmədiyi təqdirdə dəyişdiriləcək.
“Əgər kimsə bizi konkret qanunun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun olmadığına inandırarsa, biz istənilən qərarı yenidən nəzərdən keçirməyə hazırıq, baxmayaraq ki, bu, səmimi müzakirələr tələb edir” deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, Gürcüstan və Qərb arasında münasibətlər may ayında ölkə “Xarici təsirin şəffaflığı haqqında”qanun qəbul etdikdən sonra pisləşib. Avropa İttifaqı hakimiyyəti bundan imtina etməyə çağırıb, lakin parlamentarilər bu şərtlərlə razılaşmayıblar.
Günəş Mərd
tag: Gürcüstan, Parlament, Partiya,Qərb,Qanun,Todaypress.az,