Kobaxidze Ermənistana işgüzar səfər edəcək
Dünya
29.01.2025 16:32
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana işgüzar səfər edəcək.
TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, səfər yanvarın 30-da baş tutacaq.
Məlumata görə, əvvəlcə Ermənistanın baş nazir Nikol Paşinyanla İrakli Kobaxidze arasında görüş olacaq. Daha sonra iki ölkənin baş nazirlərinin sədrliyi ilə Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.
tag: Gürcüstan,Baş nazir ,Kobaxidze,Ermənistan,Səfər ,todaypress.az,