Kobaxidze: “Biz xarici agentlər haqqında qanunu müzakirə etməyə hazırıq”

Dünya

20.12.2024 17:42

“Gürcüstan hakimiyyəti müzakirələrə hazırdır və xarici agentlər haqqında qanun kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik etmək niyyətindədir”. 

TodayPress, “Sputnil Georgia” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze brifinq zamanı bildirib.

“Biz “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı Avropa Şurasının strukturları ilə müzakirələrə və əməkdaşlığa hazırıq” deyə o, bildirib.

Bundan əvvəl Avropa Şurasının baş katibi Alen Berset bildirmişdi ki, təşkilat Gürcüstanla birlikdə xarici agentlər haqqında qanuna dəyişiklikləri müəyyən etmək üçün işçi qrup yaradacaq. Onun sözlərinə görə, qanuna ediləcək dəyişikliklər respublika, Avropa Şurası və Venesiya Komissiyasının ekspertlərinin daxil olduğu qrup tərəfindən müəyyən ediləcək.

Töhfə Səməd

tag: Gürcüstan ,Kobaxidze ,Brifinq ,Müzakirə, Avropa ,todaypress.az,