Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edərək onları vahid gürcü dövlətində yaşamağa çağırıb.
TodayPress xəbər verir ki, Kobaxidze bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışı zamanı deyib.
“Bütün addımlarımız xalqımıza kömək etməyə hesablanıb və bir gün biz də uşaqlarımızla birlikdə xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda yaşaya bilək” deyə o qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan ölkədəki bütün dağılmış körpüləri bərpa etməlidir. Gürcülər Abxaziya və Cənubi Osetiya əhalisini qarşılamağa hazırdır.
Günəş Mərd
tag: Gürcüstan, Baş Nazir ,Abxaziya, Cənubi Osetiya , İrakli Kobaxidze ,todaypress.az,