Kleopatra ilə bağlı daha bir sirr açıldı
Dünya
11.12.2024 18:54
Eramızdan əvvəl 51-30-cu illərdə Misir Ptolemey Krallığının kraliçası və onun son fəal hökmdarı olan Kleopatranın itirilmiş məzarını axtaran arxeoloqlar tarixi kəşf ediblər.
TodayPress “NTV”yə istinadən xəbər verir ki, axtarışlar zamanı kraliçanın əsl üzünü əks etdirdiyi düşünülən heykəl tapılıb.
Yalnız başı olan ağ mərmər heykəl balaca burnu, dolğun dodaqları və başının ətrafına hörülən saçları olan qadına bənzəyir.
Komanda həmçinin Taposiris Magna məbədində Kleopatranın təsviri olan 337 sikkə, müxtəlif saxsı qablar, yağ lampaları, heykəlciklər və digər artefaktlar tapıb.
Mütəxəssislər kraliçanın məzarı uzun müddətdir ki, məbədin xarabalıqları arasında, yerin 13 metr altında, 1385 metr uzunluğunda tuneldə gizlədildiyini bildiriblər.
Arxeoloqlar hesab edirlər ki, Kleopatranın cəsədi tunel vasitəsilə saraydan çıxarılaraq gizli yerdə basdırılıb.
Komanda Kleopatranın heykəli ilə yanaşı, fironların mərasim baş geyimi olan Nemes ilə bəzədilmiş kralın büstünü də üzə çıxarıb.
Günəş Mərd
tag: Misir Ptolemey Krallığı,Kleopatra,Taposiris Magna,Arxeoloqlar ,todaypress.az,