Klaus Şvab barəsində istintaq başladıldı
Davosda hər il keçirilən Ümumdünya İqtisadi Forumu (ÜİF) Mütevelli Heyəti təşkilatın banisi Klaus Şvaba qarşı müstəqil araşdırma başladıb. Bu addım aprel 20-də keçirilmiş təcili iclasda qəbul olunub.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Səbəb isə Şvab və həyat yoldaşını maliyyə pozuntularında və etik normaların pozulmasında ittiham edən isimsiz məlumat məktubudur.
Araşdırmadan bir gün sonra 87 yaşlı Şvab sədrlikdən dərhal istefa verdiyini açıqlayıb.
Rəsmi səbəb kimi yaşı göstərilsə də, mənbələr bu addımın araşdırma ilə əlaqəli olduğunu bildirir.
İddialara görə, Şvab təşkilatın vəsaitlərindən şəxsi məqsədlər, o cümlədən masaj xərcləri üçün istifadə edib və işçilərdən bankomatlardan nağd pul çıxarmağı tələb edib.
Həyat yoldaşı isə “VEF”in adından simvolik işgüzar görüşlər təşkil edərək dəbdəbəli məzuniyyətlərə çıxıb. Klaus Şvab bu iddiaları əsassız adlandırıb və ÜİF rəhbərliyini məhkəməyə verməklə hədələyib.
Qiymət Mahir
tag: Klaus Şvab,İstintaq,Araşdırma,Cinayət,Todaypress.az,