Kiyevin sülh açıqlamasına Kremlin cavabı
Dünya
31.07.2024 14:57
“Kiyev tərəfinin Rusiya ilə danışıqlara hazır olduqları barədə bəyanatları formal xarakter daşıyır və təfərrüatlı izahatlara malik deyil”.
TodayPress xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
O, bildirib ki, sülh məsələsi vaxtaşırı səslənir, lakin heç bir nəticə yoxdur.
"Rusiya tərəfi danışıqlar prosesinə açıq qalmaqda davam edir" deyə Peskov əlavə edib.
Töhfə Səməd
tag: Kiyev, Rusiya, Prezident, Peskov, Bəyanat, todaypress.az,