Kiyevdə yaralıların sayı artdı

Dünya

02.09.2024 14:47

1948

Sentyabrın 2-də gecə Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib.

TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. 

Hücum nəticəsində üç nəfər yaralanıb. 

Paytaxtın bütün rayonlarında dağıntılar qeydə alınıb. 

Desnyansk və Dnepr rayonlarında iki uşaq bağçasının ərazisində də dağıntılar aşkar edilib, beş avtomobilə ziyan dəyib. Şevçenkovski və Svyatoşinski rayonlarında iki məktəbin pəncərələri zədələnib.

Ruslar hücum zamanı ümumilikdə 35 raket atıblar. Əməliyyatda 23 pilotsuz uçuş aparatından istifadə edilib. 

Günəş Mərd

tag: Dnepr, Desnyansk ,Avtomobil, Əməliyyat ,Ukrayna ,todaypress.az,