Kiyevdə partlayışlar baş verdi: Sakinlərə xəbərdarlıq edildi

Dünya

08.07.2024 12:34

1182

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib. 

TodayPress xəbər verir ki, Kiyev meri Vitali Kliçko Ukraynanın paytaxtında partlayışları təsdiqləyib və sakinlərdən sığınacaqdan çıxmamağı xahiş edib.

Kiyev şəhər hərbi administrasiyası raket hücumu nəticəsində dağıntıların Solomenski, Dnepr və Qoloseyevski rayonlarına düşdüyünü qeyd edib. Dağıntı və tələfatla bağlı məlumat dəqiqləşdirilir. Düşən raketin bir hissəsinin partlaya biləcəyi ehtimal edilir.

TASS agentliyi Kiyevin Julyanı hava limanı rayonunda güclü partlayışın baş verdiyini yazıb.

Ukraynanın "Strana" nəşri isə Odessanın bir hissəsində elektrik enerjisinin kəsildiyi barədə məlumat yayıb.

tag: Kiyev, Partlayış, Ukrayna, Raket Hücumu, Dağıntı, Dnepr, todaypress.az,