Kiyevdə partlayışlar baş verdi
Dünya
20.09.2024 04:34
Kiyev vilayətində partlayışlar baş verib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, baş verənlərin təfərrüatları verilmir.
Yerli hakimiyyət orqanları hələlik vəziyyətlə bağlı açıqlama verməyib.
Ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə
əsasən, Kiyev vilayətində hava hücumu xəbərdarlığı qüvvədədir. Bundan əlavə,
Chernihiv, Cherkassy, Poltava, Kirovograd, Nikolaev və Xarkov vilayətlərində
həyəcan siqnalı verilib.
Aynur TAC
tag: Ukrayna, Kiyev, Partlayış, Poltava, Xarkov, todaypress.az,