Kiyevdə partlayış baş verdi

Dünya

02.11.2024 09:46

Noyabrın 2-də səhər saatlarında Kiyevdə partlayış baş verib. 

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri öz "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, Ukrayna paytaxtının Solomenski və Svyatoşinski rayonlarında partlayış səsləri eşidilib. 

Partlayışla bağlı məlumatı Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko öz "Telegram" kanalında şərh edib. Rəsmi nümayəndə hava hücumundan müdafiənin aktivləşdiyini bildirib və vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.

Töhfə Səməd

tag: Kiyev, Partlayış, Ukrayna, Solomenski, todaypress.az,