Kiyevdə ölənlərin sayı 10-a çatdı
Rusiyanın Kiyevə raket və dron hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar. Ölənlərin sayı 10, yaralananların sayı isə 90 nəfərə çatıb. Xilasetmə işləri davam edir" qurumundan bildirilib.
tag: Kiyev,Ukrayna,Hücum,Rusiya,Todaypress.az,