Kiyevdə matəm günü elan edildi

Dünya

08.07.2024 22:53

Kiyevin meri Vitali Kliçko paytaxtda Ukraynada baş verən qanlı hücumlardan sonra iyulun 9-nu matəm günü elan edib.

TodayPress xəbər verir ki, o, teleqram paylaşımında şəhərdəki bütün bələdiyyə binalarında bayraqların yarıya qədər endiriləcəyini və istənilən əyləncə tədbirlərinin ləğv edildiyini bildirib.

Kliçkonun sözlərinə görə, paytaxtda azı 20 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.

Nəzrin Cavadzadə

tag: Ukrayna, Matəm, Rusiya, Kiyev, todaypress.az,