Kiyevdə “F-16” pilotlarının təlim keçdiyi obyektlər vuruldu
Dünya
13.12.2024 15:51
Rusiya qüvvələri Kiyevdə “F-16” pilotlarının təlim keçdiyi obyektlərə raket zərbəsi endirib.
TodayPress xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda“ radiosu məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtında “F-16” pilotlarının təlim keçdiyi aeroport obyektlərinə raket zərbəsi endirib.
Qeyd edək ki, bu gün Rusiya qüvvələrinin Ukraynanın enerji strukturuna kütləvi raket və dron zərbələri endirdiyinə dair də məlumat yayılıb. Ukraynanın bir sıra regionlarında baş verən partlayışlar fonunda Kiyevdə elektrik enerjisi kəsilib.
tag: Ukrayna, Enerji, F-16, Təlim , todaypress.az,