Kiyev və London 2 milyardlıq hərbi saziş imzaladı: Kremlin cavabı sərt oldu
Böyük Britaniya və Ukrayna Kiyevə Britaniya silahlarının tədarükü üçün kredit dəstəyi haqqında saziş bağlayıblar.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.
"Müqavilə Britaniya tədarükçülərinin Ukraynaya 2 milyard funt sterlinq (2,58 milyard dollar) kredit verməsini nəzərdə tutur" deyə bəyanatda vuğrulanıb. Kreditin qaytarılma müddəti 15 il olaraq müəyyən edilib.
Saytda bildirilib ki, söhbət, xüsusən, təchizat və təmirdən, həmçinin hava hücumundan müdafiə sistemlərinin, zirehli texnikanın, döyüş sursatlarının qismən istehsalından gedir.
Bu arada Rusiyanın Londondakı səfirliyi məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Kiyevə yeni hərbi yardımlar vəd edən Britaniya hökuməti sadəcə Ukraynadakı münaqişənin vaxtını uzadır və ölkənin daha da məhv edilməsinə töhfə verir.
Töhfə Səməd
tag: Britaniya, Müqavilə, Ukrayna, London, Rusiya, todaypress.az,