Kiyev uzaqmənzilli raketlərdən istifadə edəcək?

Dünya

11.09.2024 14:08

“Qərb çox güman ki, artıq Kiyevə icazə verəcək ki, Rusiya ərazisinə uzaqmənzilli raketləri buraxsın”. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə “TASS”ın sualını cavablandırarkən deyib.

“Əlbəttə ki, bütün bu qərarlar artıq qəbul edilib” deyə Kremlin sözçüsü ABŞ və Böyük Britaniya arasında bu məsələ ilə bağlı müzakirələr barədə mətbuatda yayılan xəbərləri şərh edib.

"Hazırda media artıq qəbul edilmiş qərarı rəsmiləşdirmək üçün sadəcə məlumatlandırma kampaniyası aparır" deyə Peskov əlavə edib.

Töhfə Səməd

tag: Kiyev, Rusiya, Qərb, Prezident ,Kreml, ABŞ ,todaypress.az,