Kiyev Su Elektrik Stansiyasına ciddi ziyan dəydi
Dünya
27.08.2024 05:34
Ukraynada partlayışlar nəticəsində Kiyev Su Elektrik Stansiyasına (SES) ciddi ziyan dəyib.
TodayPress
xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
Agentliyinin məlumatına görə, yolun SES
bəndinə gedən hissəsi və zavodun maşın otağı zədələnib.
Ukrayna
xarici işlər nazirinin müavini Andrey Sibiqa öz "X" səhifəsində ölkənin
infrastrukturuna, o cümlədən Kiyev SES-ə hücumu təsdiqləyib.
Bundan
əvvəl Kiyevdə və ətraf rayonlarda çoxsaylı partlayışlar barədə məlumat yayılıb.
Kiyev vilayətinin səlahiyyətliləri bəzi infrastruktur obyektlərinin
zədələndiyini bildiriblər.
Rusiya
Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Ukraynanın enerji infrastrukturunun
kritik obyektlərinə kütləvi hücuma keçdiyini bildirib. Hədəflər Kiyev,
Vinnitsa, Jitomir, Xmelnitski, Dnepropetrovsk, Poltava, Nikolayev, Kirovoqrad
və Odessa vilayətlərindəki elektrik stansiyaları olub. Nazirlik bütün təyin
olunmuş hədəflərin vurulduğunu təsdiqləyib.
Aynur TAC
tag: Kiyev, Su Elektrik Stansiyası, SES, Rusiya,todaypress.az,