Kiyev orduya yeni insan cəlb etməkdə çətinlik çəkir

Dünya

10.08.2024 10:47

Ukraynada hərbi xidmətdən yayınanların sayı hər ötən gün artır. Vəziyyət açınacaqlı hal alıb.

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrində sözün əsl mənasında insan qıtlığı yaşanır.

Nəşr əlavə edib ki, gənclər ölkəni tərk etmək üçün müxtəlif yollar tapmağa çalışırlar və ya gizlənirlər.

Bundan əvvəl “The New York Times” xəbər vermişdi ki, Ukrayna may ayından etibarən hər ay təxminən 30 min nəfəri hərbi xidmətə çağırır.

Töhfə Səməd

tag: Ukrayna, Silahlı Qüvvələr, Hərbi, Kiyev, Müharibə, todaypress.az,