Kiyev NATO-ya üzv olmasa, Rusiyaya hücum edəcək?
Dünya
26.12.2024 11:15
"Ukraynaya xəbərdarlıq edilib ki, Rusiyanı təxribata çəkməsin".
TodayPress xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk "Telegram"da bildirib.
“Bir çox beynəlxalq və yerli ekspertlərin Rusiyanı müharibəyə təhrik edəcəyi ilə bağlı bütün xəbərdarlıqlarına baxmayaraq, Ukrayna hökuməti NATO ilə qarşılıqlı əlaqələri sərtləşdirməyə davam edir” deyə o, bildirib.
Onun fikrincə, Ukrayna bloklara qoşulmayan ölkə olmalıdır.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba bildirib ki, Kiyev NATO-ya üzv olmasa, Rusiyaya hücum edə bilər.
Töhfə Səməd
tag: Ukrayna, Rusiya, NATO, Deputat ,todaypress.az,