Kiyev: “Minsk-3 olmayacaq”

Dünya

15.09.2024 17:29

“Bild” nəşri Ukraynanın müharibəni “dondurmağa” hazırlaşdığını yazıb. Bu məlumat həqiqəti əks etdirmir”.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bildirib.

"Bild" saxta bir məlumat yayıb və qələbə planını görməyib. Hazırda prezident Zelenski tərəfindən qələbə planının hazırlanmasında iştirak edən şəxslərdən də heç kim “Bild”ə danışmayıb" deyə o qeyd edib. 

Litvinin sözlərinə görə, Ukrayna müharibənin dondurulmasının əleyhinədir və bütün səviyyələrdə Ukrayna hakimiyyəti bu barədə danışır.

“Bizim üçün vacibdir ki, Birləşmiş Ştatlar Ukraynanın qələbə planını dəstəkləsin, təslim olma və ya müharibəni dondurma planını yox” Litvin vurğulayıb. 

Günəş Mərd 

tag: Ukrayna,Bild,Müharibə,ABŞ,Todaypress.az,