Kiyev Fransa silahlarını Ukraynada istehsal etmək istəyir
Kiyev Fransa silahlarının Ukraynada istehsalını lokallaşdırmağı ümid edir.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa fransalı həmkarı Jan Noel Barro ilə danışıqlar zamanı bildirib.
“Fransa ilə müdafiə sənayesində geniş əməkdaşlığın təməli artıq qoyulub. Bu, xüsusilə, Ukraynada ən zəruri silahların lokallaşdırılması və birgə istehsalına, həmçinin Fransanın bir sıra innovativ texnologiyalarının ötürülməsinə aiddir” deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Qeyd olunub ki, Barro və Sibiqa söhbətdə qışdan əvvəl Ukraynanın enerji dayanıqlılığına dəstəkdən bəhs edib, həmçinin Qərbin Kiyevə dəstəyi ilə bağlı danışıqlara və Zelenskinin təklif etdiyi münaqişənin həlli planına diqqət yetiriblər.
Töhfə Səməd
tag: Fransa, Andrey Sibiqa, Ukrayna, Zelenski, todaypress.az,