“Kiyev dialoqa hazırlıq görüntüsü yaradır”

Dünya

11.09.2024 09:52

“Rusiya Federasiyasının Ukrayna ilə bağlı növbəti sammitə dəvət edilməsi ölkə prezidenti Volodimir Zelenskinin sülh danışıqlarına hazırlıq görüntüsü yaratmaq və Moskvaya təzyiq göstərmək məqsədilə həyata keçirdiyi siyasi manevrdir”. 

TodayPress xəbər verir ki, bu fikri “TASS”a müsahibəsində duputat Aleksandr Voloşin deyib.

Zelenski daha əvvəl “NBC” televiziyasına müsahibəsində deyib ki, Kiyev hərbi toqquşmanın həlli üçün Moskvanın ikinci konfransda iştirakına ümid edir, çünki Rusiya tərəfi olmadan bu münaqişəni diplomatik yolla həll etmək çətin olar.

Deputatın sözlərinə görə, Moskva danışıqlara hazır olduğunu, lakin tədbirlərdə iştirak etmək niyyətində olmadığını dəfələrlə bəyan edib. O, bildirib ki, hazırkı vəziyyətdə bu, dialoqa dəvət deyil, dünya birliyinin rəyini manipulyasiya etmək və beynəlxalq arenada mövqeyini gücləndirmək cəhdidir. 

Onun fikrincə, davamlı sülhə nail olmaq üçün real, düşünülmüş addımların və vicdanlı dialoqun, o cümlədən kiminsə yüksək bəyanatlarını deyil, Rusiyanın fikrini və real vəziyyəti nəzərə alaraq addım atmaq lazım olduğunu aydın başa düşmək lazımdır.

Töhfə Səməd

tag: Ukrayna, Kiyev, Moskva, Sülh, Danışıqlar, todaypress.az,