Kiyev danışıqların saatını təkzib etdi

Dünya

15.05.2025 10:41

9

Ukrayna tərəfi Rusiya ilə keçiriləcək danışıqların 15 may saat 10:00-da baş tutacağı barədə yayılan məlumatları təkzib edib. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası nəzdində Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün “Telegram” kanalında yazıb.

Kovalenko yayılan vaxtın həqiqəti əks etdirmədiyini və belə bir saatın razılaşdırılmadığını bildirib.

Qiymət Mahir

tag: Kiyev,Ukrayna,Rusiya,İstanbul,todaypress.az,