Kiyev danışıqlara hazırdır, bəs Moskva?
Dünya
24.07.2024 16:36
“Rəsmi Kiyev Rusiya tərəfi ilə danışıqlara hazırdır”.
TodayPress xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinli həmkarı ilə görüşündə bildirib.
Kuleba danışıqların müstəqil, ədalətli və daimi sülhün əldə olunmasına yönəlməli olduğunu deyib.
Xatırladaq ki, Kuleba Çində səfərdədir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Çinə ilk rəsmi səfəri olan Kulebanın səfərinin cümə gününə qədər davam edəcəyi gözlənilir.
Günəş Mərd
tag: Kiyev, Rusiya, Kuleba, Çin, Ukrayna, todaypress.az,