KİV: “Zelenski həyatı üçün narahatdır”

Dünya

16.07.2024 02:00

“Moskva ilə Kiyev arasında münaqişə davam etdikcə Volodimir Zelenski həyatı üçün getdikcə daha çox narahat olur.”

TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı yayımladığı məqaləsində qeyd edib.

Məqalədə bildirilib ki, Zelenski Rusiyanın ona sui-qəsd etmək və Ukrayna rəhbərliyindəki sabitliyi pozmaq cəhdləri ilə bağlı getdikcə daha çox paranoyaklaşıb.

Məlumata görə, agentlik səkkiz hazırkı və keçmiş Ukrayna və xarici rəsmilərlə, həmçinin (Zelenskinin) keçmişindən bir neçə dostu və həmkarı ilə danışıb.

Agentliyin fikrincə, “Bu şəxslər gecə-gündüz stress və yorğunluğun öhdəsindən gəldiyi üçün daha sərt və qətiyyətli, səhvlərə daha az dözümlü və hətta paranoyaya meyilli lideri təsvir ediblər”.

“Zelenski 2019-cu ildə Prezident seçilməzdən əvvəl olduğu televiziya komediyasından "dünyalar qədər uzaqlaşıb," məqalədə qeyd edilib.

May ayında Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yüksək rütbəli məmurların mühafizəsi ilə məşğul olan iki polkovnikin Moskva tərəfindən Zelenskiyə sui-qəsddə işə cəlb olunmaqda şübhəli bilinərək saxlanıldığını bildirmişdi.

Komandasının adının açıqlanmasını istəməyən üzvü “Reuters”-ə açıqlamasında vurğulayıb ki, bütün münaqişə boyu Zelenski, rəsmiləri və müşavirləri arasında iddia edilən səriştəsizliyə dözümsüz olub. “İnsanların hazır olmadığını və ya bir-birinə zidd olduğunu görsə, “buradan çıx get. Buna vaxtım yoxdur” deyəcək” mənbə bildirib.

Keçən il ona qarşı korrupsiya ittihamları ilə vəzifəsindən uzaqlaşdırılan Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov Zelenskinin “yuxusuz rejimdə” fəaliyyət göstərdiyini demişdi. Ukraynalı siyasətçinin həyatı “gecələr məsləhətləşmələr və vaxtdan asılı olmayaraq parlamentlərə, senatlara müraciətlərdən ibarətdir” o izah edib.

Reznikovun sözlərinə görə, Zelenski gündə 24 saat, həftənin yeddi günü stress rejimindədir - bu, heç vaxt bitməyən marafondur.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Zelenski, Ukrayna, Rusiya, Reuters,