KİV: Ukrayna Qələbə Günündə Rusiyaya hücum edə bilər
Ukrayna mayın 9-da Rusiyaya, o cümlədən Moskvaya dronlarla hücum edə bilər.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazır.
Məqalədə qeyd olunur ki, Ukrayna son vaxtlar pilotsuz uçuş aparatlarını (dronları) təkmilləşdirib və Rusiya ərazisinə zərbələr endirmək gücünə malikdir.
Bildirilir ki, Ukrayna Qələbə Paradı zamanı Moskvaya hücum edə bilər. Bunun üçün isə hava hücumundan müdafiə sistemlərini çaşdırmaq məqsədilə kütləvi dron hücumları lazım ola bilər. Hələlik Ukraynanın paradda iştirak edən obyektləri, yoxsa digər bölgələri hədəfə alacağı dəqiq bilinmir.
Türkan İsgəndərli
tag: Almaniya,Rusiya,Ukrayna,Parad,todaypress.az,