KİV: Ukrayna ilə bağlı danışıqlar aprel-may aylarında başlaya bilər
Dünya
27.01.2025 12:45
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar bu ilin aprel-may aylarında başlaya bilər. Ondan əvvəl isə çox güman ki, Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
“Danışıqların aprel-may aylarında başlayacağı gözlənilir. Əvvəlcə atəşkəs elan olunacaq. Bundan sonra sülh danışıqları başlayacaq” nəşr qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün tərəflərlə təmasda olduğu üçün danışıqlar prosesinin başlanğıcında mühüm vasitəçilik rolunu oynaya bilər. Hansısa “Yol xəritəsi”nin hazırlana biləcəyi ehtimal olunur.
Töhfə Səməd
tag: Ukrayna,Rusiya,Putin ,Donald Tramp,todaypress.az,