KİV: Trampsız Rusiyaya qarşı yeni sanksiyalar mümkün deyil

Dünya

14.05.2025 12:11

10

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketinin qəbul edilməsi ABŞ-nin, xüsusilə də prezident Donald Trampın dəstəyi olmadan çətin görünür. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Bildirilib ki, Avropa liderlərinin Moskva əleyhinə nəzərdə tutduğu sanksiyalar ciddi siyasi maneələrlə qarşılaşa bilər. 

“ABŞ-nin dəstəyi olmadan bu məhdudiyyətlər Kremlə real ziyan vura bilməyəcək”.

Eyni zamanda, Aİ ölkələri arasında bu məsələdə razılığa gəlmək getdikcə çətinləşir. 

Bəzi avropalı rəsmilər Rusiya neftinin satış qiymətinə qoyulmuş yuxarı həddi 60 dollara endirmək ideyasını yenidən gündəmə gətirib. 

Lakin bu qərarın reallaşması üçün Vaşinqtonun açıq dəstəyi zəruri sayılır.

Xatırladaq ki, Aİ-yə üzv ölkələrin mayın 14-dək Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin detallarına dair ilkin razılığa gəlməyi planlaşdırdığı bildirilib. 

Yeni sanksiyalar Rusiya iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən əlavə məhdudiyyətləri nəzərdə tutur.

Nicat Osman

tag: Tramp,Rusiya,Avropa,Sanksiya,Todaypress.az,