KİV: Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald
Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb
edəcək.
TodayPress “Financial Times”a istinadən xəbər verir ki,
o, bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırıb.
Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu
rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər.
“FT” həmsöhbətləri onu da iddia ediblər ki, Tramp seçki
kampaniyası zamanı verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı
davam etdirmək niyyətindədir. Belə ki, Tramp sülhün güc yolu ilə təmin olunması
üçün münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra Kiyevi aktiv şəkildə
silahla təmin etmək niyyətindədir.
tag: Tramp, ABŞ, NATO, ÜDM, Sülh, Ukrayna, todaypress.az,