KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
Dünya
14.11.2024 06:45
ABŞ-nin yeni seçilmiş prezidenti Donald
Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmaq
məqsədilə xüsusi elçi təyin etmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə “Fox News”
telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən biri çox təcrübəli və hörmətli xüsusi elçi
təyin olunacağını, ona sülh sazişinin əldə olunmasını təşviq etməyin
tapşırılacağını və təyinatın tezliklə baş tuta biləcəyini bildirib.
Ehtimal olunur ki, 2017-2019-cu illərdə Ukrayna üzrə
könüllülük əsasında xüsusi elçi olmuş Kurt Uolker kimi kimi bu vəzifəni icara
edəcək şəxs də ödənişsiz əsaslarla çalışacaq.
tag: ABŞ, Tramp, Ukrayna, Rusiya, Elçi, todaypress.az,