KİV: Tramp Fələstini tanıdığını elan edəcək

Dünya

10.05.2025 13:28

11

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçiriləcək sammit zamanı Fələstini tanıdığını elan edəcək.   

TodayPress xəbər verir ki, bu barədə “Media Line” diplomatik mənbəyə istinadən məlumat yayıb. 

“Prezident Tramp Fələstin dövləti və onun ABŞ tərəfindən tanınması, həmçinin HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması barədə bəyanat verəcək ” mənbə nəşrə bildirib.   

Onun sözlərinə görə, bu baş verərsə, bu, Yaxın Şərqdə qüvvələr balansını dəyişəcək ən mühüm bəyanat olacaq.

tag: ABŞ,Tramp,Fələstin,Şərq,Todaypress.az,