KİV: Tramp əksər ştatlarda Harrisədən irəlidədir
ABŞ-da Respublikaçıların
prezidentliyə namizədi Donald Tramp həlledici ştatlarının əksəriyyətində qalib
gəlməyə hazırdır.
TodayPress xəbər verir ki, bu proqnozla “RealClearPolitics” portalı
çıxış edib.
Portalın məlumatına görə, Tramp Demokratların namizədi Kamala
Harrisdən Arizonada 2,8 faiz, Corciyada 1,3 faiz, Şimali Karolinada 1,2 faiz,
Nevadada 0,6 faiz, Pensilvaniyada isə 0,4 faiz fərqlə irəlidədir. Harrisin isə
Trampdan cəmi iki ştatda; Miçiqanda 0,5 faiz və Viskonsin ştatında 0,4 faiz
fərqlə üstünlüyü var.
"RealClearPolitics"in proqnozu doğru olarsa, Trampın
ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi ehtimal edilir.
tag: Tramp, Kamala Harris,ABŞ,Prezident,todaypress.az,