KİV: Qəzzada atəşkəs razılaşması əldə olundu

Dünya

15.01.2025 21:20

Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

TodayPress xəbər verir ki, bu barədə "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb. Telekanal iddia edir ki, müvafiq rəsmi bəyanat yaxın vaxtlarda dərc olunacaq. Əldə olunan razılaşmanın təfərrüatları və şərtləri hələlik açıqlanmır.

"Əl-Cəzirə" telekanalı bildirib ki, Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq.

Bununla yanaşı, İsrailin öz qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çəkəcəyi barədə xəbərlər yayılıb.

tag: Qəzza, Fələstin, Atəşkəs, İsrail, todaypress.az,