KİV: Pakistan Hindistandan qisas alacaq

Dünya

07.05.2025 18:53

14

Pakistan Hindistanı Kəşmir bölgəsində həyata keçirdiyi raket hücumlarına görə “açıq-aşkar müharibə aktı” törətməkdə ittiham edib və bu addıma qarşı qəti cavab verəcəyini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə məlumatı “Al-Jazeera” yayıb.

Məlumata görə, bu hücumlar nüvə silahına malik iki qonşu ölkə – Hindistan və Pakistan arasında son 20 ildə baş verən ən ciddi zorakılıq dalğası kimi qiymətləndirilir.

Pakistanın Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı Hindistanın hücumunu “qorxaq addım” adlandırıb.

O, çıxışından əvvəl Milli Təhlükəsizlik Komitəsinin iclasına sədrlik edib.

İclasda rəsmi nümayəndələr Hindistanın hərəkətlərini “qanunsuz və Pakistanın suverenliyinə qarşı açıq pozuntu” kimi dəyərləndiriblər.

Türkan İsgəndərli

tag: Hindistan,Pakistan,Hücum,Əməliyyat,Todaypress.az,