KİV: “Makronun Yaxın Şərqdəki münaqişə ilə bağlı dəqiq mövqeyi yoxdur”

Dünya

21.10.2024 11:47

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki münaqişə ilə bağlı dəqiq mövqe ortaya qoya bilmir ki, bu da onun regiondakı siyasətinə zərbə vurur. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” respublikanın keçmiş diplomatlarına istinadən məlumat yayıb. 

Qəzet fransalı siyasətçinin sözlərindən sitat gətirib: “Prezidentin çevrəsindəki bəzi məmurlar İsrail, digərləri isə Fələstinin tərəfindədirlər. Makronun regiondakı münaqişə ilə bağlı mövqeyi prezidentin kimə qulaq asmasından asılı olaraq bir gün ərzində dəyişə bilər”.

Nəşrin qeyd etdiyi kimi, ölkə rəhbərinin mövqeyi onun kiminlə danışmasından asılıdır. Belə ki, Makron inkişaf etməkdə olan ölkələrin nümayəndələri ilə söhbətində Fələstinin tərəfini tutur, İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində isə Fransa lideri yəhudi dövlətinin təhlükəsizliyindən narahat olduğunu bildirir. 

“Politico” qeyd edib ki, Makronun qeyri-müəyyən mövqeyi onun regiondakı vəziyyəti həll etmək üçün mümkün vasitəçi kimi effektivliyinə şübhə yaradır.

Töhfə Səməd

tag: Yaxın Şərq, Makron, Fransa, Prezident, Siyasət, todaypress.az,