KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək
Dünya
09.10.2024 05:22
İsrail İranın raket zərbələrinə cavab
olaraq, İslam Respublikasının nüvə obyektlərinə zərbə endirmək fikrindən imtina
edəcək, çünki Tehranla genişmiqyaslı regional münaqişənin başlanmasından
ehtiyat edir.
TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post”
qəzeti adıaçıqlanmayan İsrail rəsmilərinə istinadən bildirib.
Onların fikrincə, yəhudi dövlətinin İranın nüvə proqramı
obyektlərinə zərbə endirməsi İsraillə İran arasında regional müharibəyə yol aça
bilər.
Bu cür münaqişə yəhudi dövlətinin HƏMAS radikal
hərəkatını məhv etmək və Livandakı “Hizbullah” təşkilatını məğlub etmək
qabiliyyətini “əhəmiyyətli dərəcədə zəiflədə bilər”. Nəşr vurğulayıb ki, İranla
münaqişənin başlanmasının qarşısının alınması Qəzza zolağında vəziyyətin
kəskinləşməsindən sonra İsrail Baş naziri Binyamin Netanyahunun
administrasiyası tərəfindən rəsmən bəyan edilmiş “müharibə məqsədlərindən”
biridir.
Nəşrin mənbələri gözləyirlər ki, İsrail İrana cavab
zərbəsi zamanı müxtəlif hərbi bazalara və kəşfiyyat obyektlərinə diqqət yetirə
bilər. Onlar planlaşdırırlar ki, bu əməliyyat “orta ağırlıqlı hücum ssenarilərini”
əhatə edəcək.
tag: İsrail, İran, Nüvə Silahı, HƏMAS, Qəzza, todaypress.az,