KİV: HƏMAS İsrailə “sürpriz” hazırlayıb

Dünya

05.10.2024 17:05

HƏMAS hərəkatı uzun müddətdir ki, İsraillə qarşıdurmaya hazırlaşır, Qəzza zolağında kilometrlərlə tunellər təşkil edir və İrandan vəsait alır. 

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. 

Qeyd olunub ki, 7 oktyabr hücumundan altı ay əvvəl HƏMAS-ın Qəzza zolağındakı əsas lideri Yəhya Sinvar anklavda səfərdə olan fələstinli iş adamları ilə görüşüb.

O, qeyd edib ki, HƏMAS faktiki olaraq Qəzzanın tunel labirintini yaxşı təchiz olunmuş istehkamlara çevirib və hazır vəziyyətdə saxlayıb. 

Qəzetin yazdığına görə, Sinvar İsrailin “sürprizinin olacağını” deyib və Qəzza zolağının özündə hərbi əməliyyatlara hazırlıqların çoxdan getdiyinə eyham vurub.

Günəş Mərd

tag: İsrail, HƏMAS ,Qəzza ,Sinvar ,Əməliyyatlar, todaypress.az,