KİV: Əfqanıstanda Hindistan konsulluğunun əməkdaşı hücuma məruz qaldı
Dünya
25.12.2024 05:56
Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində
(Nanqarhar əyalətinin inzibati mərkəzi) naməlum şəxslər Hindistan konsulluğunun
əməkdaşına hücum ediblər.
TodayPress xəbər verir ki, bu barədə Əfqanıstanın
"Ariana News" telekanalı Nanqarhar polisinin mətbuat katibinə
istinadən məlumat yayıb.
Hücuma məruz qalan şəxs əfqandır. O, Hindistan
konsulluğunda tərcüməçi işləyir. Zərərçəkənin sağlamlıq vəziyyətinin necə
olduğu dəqiq məlum deyil.
Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini
araşdırır.
Qətərin “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən xəbər
verib ki, Cəlalabadda naməlum şəxslər Hindistan konsulluğuna məxsus avtomobili
partladıblar. Telekanalın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb,
daha bir neçə nəfər yaralanıb. Ölən şəxs haqqında məlumat verilmir.
tag: Əfqanıstan, Taliban, Hindistan,Hücum, todaypress.az,